Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:12

İlham Əliyev tezliklə bütün çadır düşərgələrinin ləğv olunacağını bildirir


Prezident İlham Əliyev avqustun 17-də BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. «AzərTAc» dövlət xəbər agentliyinin məlumatına görə, dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin ölkə üçün başlıca problem olduğunu bildirib. O, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən zəruri tədbirlərin görüldüyünü və tezliklə bütün çadır düşərgələrinin ləğv olunacağını vurğulayıb.


Keçən il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daha böyük diqqət ayrılması barədə qərar qəbul etdiyini bildirən qonaq, bu baxımdan Azərbaycana səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


XS
SM
MD
LG