Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

Üç Ermənistan vətəndaşı öz ölkələrinə təhvil verilib


Azərbaycan ərazisində saxlanılan üç nəfər Ermənistan vətəndaşı avqustun 17-də öz ölkələrinə təhvil verilib. Mülki şəxslər olan Martun Qalumyan, Horen Karapetyan və Roman Aleksanyan Qazax rayonunun Balacəfərli kəndinin Ermənistanla sərhədində təhvil verilib.


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının əməkdaşı Eldar Səmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, onların hər üçü bu ilin iyul ayı ərzində Azərbaycan ərazisində saxlanıb. Cənab Səmədovun dediyinə görə, Ermənistan vətəndaşlarının geri qaytarılması Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.


XS
SM
MD
LG