Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Moskvada zəhərlənənlər arasında iki azərbaycanlı da var


Moskvada zəhərlənən fəhlələr arasında azərbaycanlılar da var. Bu barədə «Azadlıq» radiosuna məlumat verən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Baxış Zeynalovun sözlərinə görə, 1975-ci il təvəllüdlü Ceyhun Hüseynov Moskva vilayətinin İvanteyovka şəhərinin xəstəxanasında müalicə olunur. 35 yaşlı Zakir Məmmədov isə Moskvanın Boskin klinikasına aparılıb.


Cənab Zeynalov deyir ki, səfirlik Azərbaycan vətəndaşlarıyla görüşüb və onların problemiylə maraqlanıb. Baxış Zeynalovun dediyinə görə, hələlik onların maddi yardıma ehtiyacları yoxdur və ailələriylə əlaqə saxlaya biliblər.


Avqustun 16-da Moskvadakı «Yaşıl meşə» sanatoriyasında yaşayan və müxtəlif tikinti şirkətlərində işləyən 220-dən çox miqrant inşaatçı fəhlə yeməkdən zəhərlənmişdi. Onların əksəriyyəti Türkiyə və Özbəkistan vətəndaşlarıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG