Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:36

Arif Alışanov AzTV-nin sədri oldu


Arif Alışanov bu vaxta qədər AzTV-də sədrin televiziya məsələləri üzrə müavini işləyib
Arif Alışanov bu vaxta qədər AzTV-də sədrin televiziya məsələləri üzrə müavini işləyib

Arif Alışanov «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sədr təyin edildi. Bu barədə prezident İlham Əliyevin avqustun 16-da imzaladığı sərəncamda deyilir.


Arif Alışanov bu vaxta qədər AzTV-də sədrin televiziya məsələləri üzrə müavini işləyib. Nizami Xudiyev tutduğu vəzifədən azad ediləndən sonra o, sədrin səlahiyyətlərini də icra edirdi.


Bu il iyunun 27-də prezidentin imzaladığı sərəncamla Nizami Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi. Cənab Xudiyev 1996-cı ildən bu vəzifədə çalışırdı.


Prezident İlham Əliyevin avqustun 16-da imzaladığı digər sərəncamla isə Abutalıb Səmədov Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin rəhbəri təyin edilib. Kamran İmanov isə tutduğu vəzifədən azad edilib.


Sabiq millət vəkili olmuş Abutalıb Səmədov indiyə qədər iqtidaryönlü Azərbaycan Naminə Alyans Partiyasının sədridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG