Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:49

BMT-nin qaçqınlar üzrə Ali komissarının Azərbaycana səfəri davam edir


Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə Ali komissarı Antonio Qterresin avqustun 16-da Sabirabad, Biləsuvar və Beyləqandakı qəsəbələrdə və çadır düşərgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb. BMT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Mahir Səfərlinin sözlərinə görə, ilk dəfə Azərbaycan qaçqın düşərgələrində olan ali komissar onların şəraitiylə maraqlanıb. Məcburi köçkünlər isə ona dolanışıq problemləriylə yanaşı öz torpaqlarına qayıtmaq istəklərini də bildiriblər.


Avqustun 17-də isə Antonio Qterresin ölkə rəhbəri İlham Əliyevlə görüşəcək. Cənab Oteresin Azərbaycana yerli hökumətin dəvətiylə iki günlük səfərə gəlib. Azərbaycandan sonra onun Ermənistan və Gürcüstana da səfəri nəzərdə tutulur.


Günün bütün mövzuları

XS
SM
MD
LG