Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:38

Zəhərlənən inşaatçılar arasında azərbaycanlıların olub-olmaması araşdırılır


Avqustun 16-da Moskva və Moskvaətrafı tikinti şirkətlərində çalışan 200-dən çox fəhlə zəhərlənmə diaqnozuyla Rusiya paytaxtının xəstəxanalarına yerləşdirilib. Rusiya mediasının yaydığı xəbərlərə görə, həkimlər «Yaşıl meşə» sanotoriyasında yaşayan miqrant fəhlələrin qoyun və ya toyuq ətindən zəhərləndiyindən şübhələnirlər. Əksəriyyəti Türkiyə vətəndaşı olan fəhlələr sanotoriyada «İnşaatçılar günü»nu bayram ediblərmiş.


Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Baxış Zeynalovun «Azadlıq» radiosuna bildirdiyinə görə, səfirlik zəhərlənən fəhlələrin Moskvada yerləşdirildiyi xəstəxanalara müracəit edib, ancaq onların arasında Azərbaycan vətənaşlarına rast gəlinməyib: «Beş xəstəxanadan soruşmuşuq, Rusiya Səhiyyə Nazirliyi ilə də tez-tez əlaqə saxlayırıq. Amma fəhlələrin yeməyini təmin edən firma Moskvaətrafı yerlərdə də işlədiyindən bütün zəhərlənən şəxslərin kimliyini araşdırmağa ehtiyac var».


Rusiya mediasının son açıqlmasına görə, zəhərlənmə diaqnozuyla həkimə müracəit edən fəhlələrin sayı 208-dən 222-yə çatıb. Faktla bağlı Moskva şəhər prokurorluğu istintaq işi açıb.


XS
SM
MD
LG