Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:13

Tovuz rayonunun Ermənistanla sərhədində yanğın baş verib


Avqustun 14-dən 15-nə keçən gecə Tovuz rayonunun Ermənistanla sərhəd olan Əlibəyli və Hacıallı kəndlərinin kənarındakı örüş sahələrində yanğın baş verib. Tovuz rayon icra hakimiyyəti başçısının müavini Bəhruzər Rüstəmovun sözlərinə görə, yanğın Ermənistanın Şəmsəddin rayonunun Agetzor kəndindən başlayıb və Azərbaycan ərazisinə yayılıb. Yanğını söndürməyə Azərbaycan ordusunun əsgərləri və kənd sakinləri cəlb olunub. Cənab Rüstəmov deyir ki, yanğınlar Ermənistanla təmas xəttində baş verdiyi üçün təhlükəsizlik baxımından əraziyə texnika çıxara bilməyiblər. Yanğın nəticəsində on hektarlarla sahəyə ziyan dəyib.


Bir müddət əvvəl isə Qazax rayonunun və Qarabağda erməni silahlı qüvvələri ilə təmas xəttində olan bölgələrdə də yanğınlar baş vermişdi. Azərbaycan rəsmiləri yanğınların qəsdən törədildiyini bildirir, Ermənistanın rəsmiləri bu barədə açıqlamalarında yanğınların təbii səbəbdən baş verdiyini bildiriblər.


XS
SM
MD
LG