Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

80-dən çox bal toplayan 45 nəfər Avropada təhsil almaq uğrunda yarışacaq


Dövlət hesabına Avropa ölkələrində magistratura təhsili almaq istəyən bakalavrlar avqustun 15-də imtahan verəcəklər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, magistraturaya qəbul imtahanında topladığı bal 80-dən yuxarı olan, beynəlxalq hüquq və neft-qaz çıxarma sahəsində magistr təhsili almaq istəyən 45 nəfər ingilis dilindən TOEFL imtahanı verməlidir. İmtahan TQDK-nın binasında keçiriləcək. Yüksək nəticə göstərən 20 nəfərin Avropa ölkələrində təhsilini davam etdirməsini isə Azərbaycan Dövlət Neft Şirkəti maliyyələşdirəcək.


Əvvəl Avropa ali məktəblərində təhsil almaq imkanı magistraturaya qəbul imtahanından 80-dən çox bal toplamış bakalavrlara verilsə də, bu şərtlərə cavab verənlərin sayı az olduğundan 70-dən çox bal toplayanların da orada iştirakına şərait yaradılıb.


Neft-qaz çıxarma sahəsi üzrə bakalavr təhsili almış və Azərbaycanın ali məktəblərində magistraturada təhsil almaq üçün iyulun 21-də keçirilən imtahanda 70-dən yuxarı bal toplayanların ərizələrini TQDK avqustun 21-nə qədər qəbul edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG