Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:16

FAYT HELMER KİMDİR?



Ssenarist, rejissor və prodüser Fayt Helmer özünün ilk filmini 14 yaşında çəkib. Münhen Kino Məktəbində oxuyub. Qısametrajlı filmlər rejissoru kimi tanınır. Onun Rusiya aktrisası Çulpan Xamatovanın iştirakı ilə çəkdiyi «Tuvalu» filmi 62 kinofestivalda nümayiş olunub. 2002-ci ildən «master-klas»lar təşkil edir və müxtəlif ölkələrdən olan tələbələrlə eksperimental filmlər çəkir.



«Susuzluq və məhəbbət» Fayt Helmerin Azərbaycanda ilk işi deyil. Keçən il o, Şəkidə gənc azərbaycanlı kinematoqrafçılar üçün seminarlar təşkil edib. Bundan başqa, Faytın rəhbərliyi ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri «Xəzər Gəlini» adlı qısametrajlı bədii film çəkiblər. Bu film beynəlxalq festivallarda kifayət qədər uğurla çıxış edir, mükafatlar alır.


XS
SM
MD
LG