Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:24

Təcili yardıma müraciət edənlərin sayı 20 faiz artıb


Əhalinin təcilli tibbi yardıma müraciətlərinin artmasına səbəb havaların kəskin istiləşməsidir
Əhalinin təcilli tibbi yardıma müraciətlərinin artmasına səbəb havaların kəskin istiləşməsidir

Avqustun ilk ongünlüyündə Bakıda təcili yardım xidmətinə müraciət edənlərin sayı ötən ilin uyğun dövrü ilə müqayisədə 20 faizdən çox artıb. Bu barədə «Azadlıq» radiosuna Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərinin müavini Mürsəl Həmidov məlumat verib. O, müraciətlərin artmasının həm də havaların kəskin istiləşməsi ilə əlaqədar olduğunu deyib.


Cənab Həmidovun sözlərinə görə, istilərlə bağlı təcili yardım xidmətinə müraciət edənlər əsasən xroniki xəstəlik daşıyıcılarıdır: «Hərarətin qalxması ürək, qan-damar, ağciyər və başqa xroniki xəstəliklərdən əziyyət çəkənlərə mənfi təsir göstərir. Yaşlı adamların da orqanizminin müdafiə gücü belə havada zəifləyir. Həmçinin uşaqlarda orqanizmin müqavimət funksiyaları tam formalaşmadığı üçün temperaturun qalxması onlara pis təsir edir».


Mürsəl Həmidov təcili tibbi yardım xidmətinə müraciətlərin avqustun sonunda yenidən əvvəlki səviyyəyə düşəcəyini güman edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, son həftə ərzində Bakıda və bəzi rayonlarda havanın temperaturu 40-42 dərəcə olub. Hidrometeoroloji Proqnozlar Bürosu kəskin istilərin avqustun 15-nə qədər davam edəcəyini bildirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG