Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:14

İpək Yolunda etiraz aksiyası keçirildi


Hacıqabul-Kürdəmir yolunun yenidən qurulmasıyla məşğul olan «Todini» şirkətinin işçiləri avqustun 14-ü səhər saat 9-dan etiraz aksiyasına başlayıblar. Onlar şirkəti əlavə iş saatlarına görə ödənişləri etməməkdə günahlandırırlar. Aksiyaçılardan biri Zakir Səttarov bildirir ki, müqaviləyə görə, onlar həftədə 40 saat işləməlidirlər, əlavə işlədikləri vaxta görə isə ödənişlər ikiqat olmalıdır: «Gündə 14-15 saat işləmişik, amma şirkət əlavə iş saatlarına görə, ödənişləri vermir».


Z.Səttarov deyir ki, aksiya, tələbləri yerinə yetirilənə qədər davam edəcək.


«Todini» şirkətinin Azərbaycan nümayəndəliyinin Kürdəmir filialından isə bildirdilər ki, hələ ki işçilərin tələblərinə münasibət bildirə bilməyəcəklər, çünki hazırda şirkət nümayəndələri aksiyaçılarla müzakirələr aparır. Danışıqların nəticəsi sabah bilinəcək.


85 kilometrlik Hacıqabul-Kürdəmir magistralı Beynəlxalq İpək Yolu layihəsinə daxildir. Yol Avropa Yenidənqurma və İnkişaf Bankının krediti ilə yenidən qurulur, «Todini» italyan şirkəti isə podratçı qurumdur.


XS
SM
MD
LG