Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Səfir və konsulların ikinci Bakı toplantısı


Hazırda Azərbaycanın xaricdə 40-dan çox diplomatik missiyası fəaliyyət göstərir
Hazırda Azərbaycanın xaricdə 40-dan çox diplomatik missiyası fəaliyyət göstərir

Avqustun 14-də Xarici İşlər Nazirliyində Azərbaycanın xarici ölkələrdəki səfir və konsullarının, eləcə də diplomatik korpusun digər nümayəndələrinin iştirakı ilə müşavirə keçirilir. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Mətin Mirzənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, prezident İlham Əliyevin də iştirak etdiyi müşavirə avqustun 18-nə qədər davam edəcək. Mətin Mirzənin dediyinə görə, müşavirə zamanı diplomatik missiyaların fəaliyyəti təhlil ediləcək, ölkənin xarici siyasət kursunun həyata keçirilməsində diplomatik korpusun işinin təkmilləşdirilməsinə dair göstərişlər veriləcək: «2004-cü ildə keçirilmiş müşavirədə ölkə başçısı tərəfindən qarşıya qoyulan tələb və vəzifələrin nə dərəcədə yerinə yetirilməsi müzakirə olunacaq, hesabatlar dinləniləcək, sonra ola bilsin ki, yenə də prezident yeni tapşırıqlar versin».


Azərbaycan diplomatik korpusunun 2004-dən bəri qarşıya qoyulan öhdəlikləri necə yerinə yetirib-yetirməsinə Xarici İşlər Nazirliyi konkret münasibət bildirməsə də sabiq səfir və konsulların deməyə az da olsa sözü var. Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə hesab edir ki, indi Azərbaycanın xarici siyasəti daxili siyasətindən xeyli yüksəkdədir. Xarici siyasətin balans üzərində qurulduğunu deyən cənab Hacızadəyə görə, hazırda Rusiya ilə də, Qərblə də hansısa əməkdaşlıq yolları tapılır və elə bir ziddiyyətli məqamlar yoxdur. Amma bir mənfilik var ki, bu da həmin balanslaşma siyasətinin artıq bir dəyərə çevrilməsidir. Amma bunun əksinə olaraq keçmiş diplomat Azərbaycanın xarici siyasətinin inkişafını bir qədər fərqli görür: «Mən istərdim ki, bizim ölkə demokratik dünya birliyinə tərəf addımlasın, o addımlama real olsun, kağızda olmasın, təəssüflər olsun ki, bizim bu sahədə heç bir uğurumuz yoxdur, bu da bizim daxili siyasətimizlə bağlıdır».


Hazırda Azərbaycanın xaricdə 40-dan çox diplomatik missiyası - səfirliklər, konsulluq, beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri fəaliyyət göstərir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG