Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Bakıda tikilməkdə olan binalarda yanğın zamanı bir neçə nəfər xəsarət alıb


Avqustun 13-u günorta saatlarında Bakının Yasamal rayonu ərazisində tikilməkdə olan iki binada güclü yanğın baş verib. Hadisə şahidlərinin dediyinə görə, dam örtüyü vurulan binada başlanan yanğın sonradan yaxınlıqdakı tikilməkdə olan başqa binaya keçib.


«İnterfax» agentliyinin Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata əsasən, yanğın nəticəsində bir neçə mülki şəxs və üç yanğınsöndürən xəsarət alıb.


Təxminən 2500 kv. metr ərazini əhatə edən yanğın hazırda tamamilə söndürülüb. Yanğının səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG