Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:14

Baş redaktorun aclıq aksiyasına başladığı bildirilir


«Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli
«Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli

«Avqustun 9-da Nəsimi Rayon Məhkəməsinin hökmüylə bir il azadlıqdan məhrum edilən «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli saxlandığı Bayıl təcridxanasında aclıq aksiyasına başlayıb».


Bu məlumatı onun hüquqlarını müdafiə edən komitə yayıb. Komitənin rəhbəri Fikrət Fərəməzoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, avqustun 12-də komitənin bir neçə üzvü və Şahin Ağabəylinin qohumları onun yanında olublar: «Görüşdə Şahin Ağabəyli bildirib ki, o, həbs olunduğu gündən aclıq aksiyasına başlayıb. Bunun da əsas səbəbi odur ki, onun həbsi qeyri-qanunidir və o, barəsində çıxarılmış məhkəmə hökmünün ləğvini və işə yenidən baxılmasını tələb edir. Səhhəti normaldır».


Fikrət Fərəməzoğlu deyir ki, həmin görüşdən sonra aldıqları məlumata görə, Şahin Ağabəyliyə həbsxana rəhbərliyi tərəfindən aclığı dayandırmaq barədə xəbərdarlıq edilib: «Hətta dəfələrlə cəhd ediblər ki, ona zorla yemək yedizdirsinlər, amma hələlik bir nəticə hasil olmayıb. Hal-hazırda onun aclıq aksiyası davam edir».


Ədliyyə Nazirliyinin şöbə rəisi Rafiq Ramazanov isə deyilənlərdən xəbərsiz olduğunu söylədi. O, bu məsələni bazar ertəsi aydınlaşdıracaqlarını dedi.


Avqustun 14-də «Milli Yol» qəzetinə qarşı Nəsimi Rayon Məhkəməsində daha bir proses keçiriləcək. Bu dəfə iddiaçı Daxili işlər naziri Ramil Usubovdur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG