Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:27

İranın bəzi etnik təşkilatları birgə mübarizə aparmaq istəyirlər


Almaniya parlamenti [Bundestaq], 27 yanvar 2006

Almaniya parlamenti [Bundestaq], 27 yanvar 2006

Avqustun 5-də Berlində Azərbaycan Alman Akademiklər Cəmiyyətinin sədri Əhməd Yəzdaninin təşəbbüsü ilə Almaniya parlamentinin binasında İranda etnik azlıqların hüquqlarının pozulmasına dair konfrans keçirilib.


Əhməd Yəzdaninin «Amerikanın səsi»nə verdiyi məlumata görə, konfransda İranda yaşayan qeyri-fars millətləri təmsil edən siyasi təşkilatların, eləcə də Almaniyanın siyasi partiyalarının nümayəndələri və regionu öyrənən tədqiqatçılar iştirak ediblər.


Konfransda təmsil olunan təşkilatlar arasında iki aspektdə fikir ayrılığının olduğunu deyən Əhməd Yəzdani bununla belə, aparılan fikir mübadiləsinin mövqelərin yaxınlaşmasına xidmət etdiyini bildirir. Alimin sözlərinə görə, siyasi cəhətdən fikir ayrılığı istiqlalçılar və federasiya tərəfdarları arasındadır.


Əhməd bəy İranda yaşayan Azərbaycan və kürd azlıqlarının Avropadakı nümayəndələri arasında tarixi-coğrafi mübahisələrin də olduğunu deyir. Bütün bunlara baxmayaraq, Əhməd Yəzdani İranda hüquqlarının tapdandığını bildirən millətlərin birgə mübarizə apararaq bərabərhüquqlu cəmiyyət qurmaq əzmində olduqlarını bildirir.


XS
SM
MD
LG