Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:30

Azərbaycanın xarici ölkələrdəki səfirləri Bakıya toplaşır


Avqustun 14-də Xarici İşlər Nazirliyində Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçiriləcək. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müşavirədə prezident İlham Əliyevin çıxışı olacaq.


Müşavirədə diplomatik missiyaların fəaliyyəti təhlil ediləcək, ölkənin xarici siyasət kursunun həyata keçirilməsində onların işlərinin təkmilləşdirilməsi haqqında tapşırıqlar veriləcək.


İlk dəfə belə müşavirə 2004-cü ilin avqustunda keçirilmişdi.


Azərbaycanın xarici ölkələrdə 46 diplomatik missiyası – səfirliklər, konsulluq, beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri fəaliyyət göstərir.


Günün bütün mövzuları

XS
SM
MD
LG