Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:11

Bakıda İran azərbaycanlılarının məsələsi ilə bağlı konfrans keçiriləcək


Etibar Məmmədov [solda] İranın hüquq müdafiəçilərini susmaqda ittiham edir
Etibar Məmmədov [solda] İranın hüquq müdafiəçilərini susmaqda ittiham edir

Milli İstiqlal Partiyasının [AMİP] lideri Etibar Məmmədov İran Azərbaycanında ictimai-siyasi durumu müzakirə etmək üçün sentyabrın 12-də Bakıda «Güney Azərbaycan Forumu»nun keçiriləcəyini bildirib.


Avqustun 10-da Bakının Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən AMİP liderinin fikrincə, İran azərbaycanlılarının təhsil, milli və söz haqlarından məhrum olmaları belə bir tədbirin keçirilməsini zəruri edir. O, İran Azərbaycanı, Azərbaycan Respublikası və xaricdəki diaspora təşkilatları nümayəndələrinin bu tədbirə dəvət ediləcəyini bildirib.


Bununla bağlı bir sıra təşkilatlarla məsləhətləşdiyini bildirən Etibar Məmmədov məsələnin BMT və ATƏT-in gündəliyinə daxil ediləcəyini söyləyib. O, may ayında İran Azərbaycanında baş verən hərəkatı «milli azadlıq hərəkatı» kimi qiymətləndirib, İrandakı azərbaycanlıların məsələsinin yaşadığı yerdən asılı olmayaraq, bütün dünya azərbaycanlılarının məsələsi olduğunu deyib.


AMİP lideri eyni zamanda İran Azərbaycanında baş verənlərlə əlaqədar İran və Azərbaycanın bir sıra ictimai-siyasi qurumlarına müraciət etdiyini söyləyib. İranda Azərbaycan fəallarının həbsxanalarda işgəncələrə məruz qaldığını deyən Etibar Məmmədov İranın hüquq müdafiəçilərini buna reaksiya verməməkdə ittiham edib.


Beynəlxalq Mətbuat Mərkəzində toplaşan başqa təşkilatların təmsilçiləri də Bakıda forum keçirilməsi təklifini dəstəkləyib və onun işində fəal iştirak edəcəklərini bildiriblər.


XS
SM
MD
LG