Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09

Avqustun 12-si Ümumdünya Gənclər Günüdür


Mərkəzi Asiya ölkələri gənclərin sayına görə Qərbi Avropa və Rusiyadan öndədir

Mərkəzi Asiya ölkələri gənclərin sayına görə Qərbi Avropa və Rusiyadan öndədir

Ofisi Vaşinqtonda yerləşən Əhalinin Qeydiyyatı Bürosunun son açıqlamasına görə, Azərbaycan əhalisinin 31%-ni gənclər təşkil edir. Açıqlamada o da deyilir ki, əhali artımının bu temptdə davam edəcəyi təqdirdə, 2025-ci ildə Azərbaycan gənclərinin sayı 20% azala bilər.


Doğum səviyyəsinin aşağı olmasına baxmayaraq, Mərkəzi Asiya ölkələri gənclərin sayına görə Qərbi Avropa və Rusiyadan da öndədir. Belə ki, Mərkəzi Asiya xalqlarının təqribən 30%-ni gənclər təşkil edir. Asiya xalqlarından fərqli olaraq, Rusiya , Belarus , Ukraynada 22% gənc var. Qərbi Avropanın əhalisininsə cəmi 20%-i gənclərdən ibarətdir.


Əhalinin Qeydiyyatı Bürosunun baş demoqrafı Karl Haub doğumun azalmasını Sovet İttifaqının dağılması ilə ictimai-siyasi formasiyanın dəyişilməsi ilə əlaqələndirir: «Keçmiş sovet ölkələrində doğumun səviyyəsi, sovetlər birliyi dağılandan sonra qat-qat azaldı. Lakin bu Mərkəzi Asiya dövlətlərində özünü daha az göstərdi. Azalmaya əsas məruz qalan ölkələr isə Ukrayna və Baltik ölkələri oldu».


Mərkəzi Asiya ölkələrində, gənclərin sayının daha çox Tacikistanda, ən az isə Qazaxıstanda olduğu bildirilir. Karl Haub bunu rusların təsiri ilə əlaqələndirir: «Doğum səviyyəsinə baxmayaraq, hazırda ən yüksək əhali artımı Tacikistandadır. Məsələn hər qadına orada 3.8 uşaq düşür. Təəccüblü deyil ki, ən aşağı hədd Qazaxıstandadır 2.2 uşaq. Bunu da onunla izah etmək olar ki, Qazaxıstan əhalisinin böyük hissəsini ruslar təşkil edir. Dünyada isə ən az artım ruslardadır».


Bəzi demoqraflar deyirlər ki, Asiya xalqları nə qədər Qərbi Avropaya meyllənsələr, o ölkələrin əhalisinin sayı azalacaq. Azərbaycanlı fəlsəfə elmləri doktoru Müşfiq Şükürlü də hesab edir ki, insanların iqtisadi vəziyyətinin son 2-3 ildə yaxşılaşmasına baxmayaraq, bu heç də onların sayının gələcəkdə artacağından xəbər vermir: «Mən hesab edirəm ki, bu tendensiya gələcəkdə azalacaq. Çünki, azərbaycanlılar sürətlə Avropa həyat tərzinə uyğunlaşır, Avropa dəyərlərini qəbul edir, mədəniyyət də transformasiya olur. Ona görə də artımın azalacağını düşünürəm».


Əhalinin Qeydiyyatı Bürosunun göstəricilərinə görə Azərbaycanda əhali artımı Ermənistan və Gürcüstandan çoxdur. Azərbaycanda əhalinin 2,6 milyonunu gənclər təşkil edir.


“Sosiometr” Mərkəzinin direktoru Aqaron Adebekyan Ermənistandakı doğum səviyyəsinin aşağı olmasını, sosial vəziyyətlə və düzgün olmayan demoqrafik siyasətlə əlaqələndirir: «Ermənistanda demoqrafiya siyasəti yoxdur. Nəinki indi, heç sovet dövründə də olmayıb. Biləndə ki, 7-8 ilə Ermənistanda 1,5 milyon, Gürcüstanda da 1.5 milyon, Azərbaycanda isə 2-3 dəfə artıq adam olacaq, düşünürəm ki, Cənubi Qafqazda gələcəkdə vəziyyət tam dəyişə bilər».


2050-ci ilə gənclərin sayının bütün dünya əhalisinin 50%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Bu gün isə dünya əhalisinin beşdə birini gənclər təşkil edir və avqustun 12-də onlar öz günlərini - Ümumdünya Gənclər Gününü qeyd edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG