Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:23

Son illər avqust ayında belə yüksək temperatur qeydə alınmayıb


İsti havayla bağlı meşə yanğınlarının ola biləcəyi nəzərə alınaraq sıx meşəliklərə nəzarət gücləndirilib

İsti havayla bağlı meşə yanğınlarının ola biləcəyi nəzərə alınaraq sıx meşəliklərə nəzarət gücləndirilib

Avqustun 11-i və 12-də Azərbaycanın bütün bölgələrində hava isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov «Azadlıq» radiosuna bildirib ki, ən isti hava Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarında müşahidə edilir - 42 dərəcə isti. Bakıda və Abşeron yarımadasında isə temperatur 39-40 dərəcəni göstərir. Cənab Məmmədovun sözlərinə görə, son illər avqust ayında ölkə ərazisində belə yüksək temperatur qeydə alınmayıb.


Bu cür hava şəraiti avqustun 14-nə qədər davam edəcək və tədricən dəyişəcək. Avqustun 16-dan başlayaraq şimal küləyi əsəcək və istilik bir neçə dərəcə aşağı enəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti havayla bağlı meşə yanğınlarının ola biləcəyini nəzərə alaraq sıx meşəlik ərazilərə nəzarəti gücləndirib.


Bakı Şəhər Təcili Yardım Stansiyası isə isti hava şəraitində əhaliyə günəşin altında çox qalmamağı, uşaqların və yaşlıların, ürəyi xəstə adamların günorta vaxtı havaya çıxmamasını, bol su qəbul etməyi tövsiyə edir.


Zərdab və Kürdəmir rayonlarının icra hakimiyyətləri iş günün qısaldılması barədə qərar veriblər. Bu rayonların ərazilərində günorta saat 13.00-dan 16.00-a kimi işləmək qadağan edilib.



Günün bütün mövzuları

XS
SM
MD
LG