Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:44

Aeroportlarda təhlükəsizlik tədbirləri gücləndirilib


Gücləndirilmiş təhlükəsizlik tədbirlərinin nə vaxta qədər davam edəcəyi məlum deyil

Gücləndirilmiş təhlükəsizlik tədbirlərinin nə vaxta qədər davam edəcəyi məlum deyil

Avqustun 10-da günün birinci yarısında, saat 11 radələrində ölkə ərazisindəki Azərbaycanın bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizliyi Xidmətinin rəis müavini Tural Əliyev deyir ki, bu gündən etibarən təyyarə salonuna sərnişinlərin hər hansı əşya keçirməsinə icazə verilməyəcək: «Azərbaycana gələn və gedən hamı yoxlanılır». Bütün yüklər yalnız təyyarənin yük yerində yerləşdiriləcək.


Cənab Əliyev gücləndirilmiş təhlükəsizlik tədbirlərinin nə vaxta qədər davam edəcəyinin məlum olmadığını bildirir.


Avqustun 10-da Londonda təyyarə qaçırmağa cəhd edən 21 nəfər saxlanılıb. Azərbaycan aeroportlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də bu hadisə səbəb olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG