Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

«Hələlik müxalifət yatır, bitərəflər də onların keşiyini çəkirlər»


Cümşüd Nuriyevlə söhbət, 30 iyul 2006
Cümşüd Nuriyevlə söhbət, 30 iyul 2006
O, uzun müddət Azərbaycanda gedən proseslərin iştirakçısı olub. Son vaxtlar siyasətdən bir qədər kənarlaşıb elmlə məşğul olmasına baxmayaraq, ölkədə gedən prosesləri diqqətdə saxlayır. Özü də daxil olmaqla ziyalıları xalqın qarşısında susmaqda ittiham edir və bunu böyük günah adlandırır. İndiyə qədər elədiklərindən peşman olmadığ ı nı deyir. Qarabağ müharibəsinin veteranı, Azərbaycanın müstəqilliyinə səs vermiş, onun ilk parlamentinin üzvü olmuş və müstəqil Azərbaycan dövlətində bir sıra vəzifələr tutmuş adam kimi taleyindən razıdır. Beləliklə, «Tanınmışlar»ın qonağı keçmiş millət vəkili Cümşüd Nuriyevdir.

Cümşüd Nuriyev hazırda cəmiyyətdə siyasi proseslərə bir biganəlik yarandığını deyir: «Bu gün Azərbaycanda çox maraqlı bir proses gedir, yəni demək olar ki, ölkədə siyasət yoxdur. Belə ki, dövlət səviyyəsində siyasət yürüdülür, amma digər dairələr, xüsusən də bitərəf və müxalifət düşərgəsində bir susqunluq baş alıb gedir. Hələlik müxalifət yatır bitərəflər də onların keşiyini çəkirlər».


Cənab Nuriyev ziyalıların gözləmə mövqeyində durmasını anlaya bilmir. «Azərbaycanın «qızıl fondu» deyilən ziyalılar var ki, onlar hələ gözləmə mövqeyində durublar. Bu düzgün deyil, amma həyat bizi sıxır».


DİNLƏYİN!


XS
SM
MD
LG