Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27

Məhkəmə Akif Muradverdiyev haqqında həbs-qətimkan tədbirini dəyişməyib


Avqustun 9-da Nəsimi Rayon Məhkəməsi Prezident Aparatının (PA) keçmiş işlər müdiri Akif Muradverdiyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı onun vəkillərinin vəsatətini təmin etməyib. Cənab Muradverdiyevin vəkili Fuad Ağayev «Azadlıq» radiosuna bildirib ki, məhkəmənin bu qərarından Apellyasiya Məhkəməsinə şikayət veriləcək.


Avqustun 8-də müdafiə tərəfi məhkəməyə müraciət edərək, PA-nın sabiq işçisi haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəmişdi. Buna səbəb kimi Akif Murdaverdiyevin səhhətinin kəskin pisləşməsi, onun təzyiq, mədə və bağırsaq xəstəliklərindən əziyyət çəkməsi göstərilmişdi.


Hazırda Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin xəstəxanasında müalicə olunan Akif Muradverdiyev 2005-ci ilin oktybarında həbs olunub. O, dövlət çevrilişinə cəhddə ittiham olunur.



Günün bütün mövzuları

XS
SM
MD
LG