Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:39

Azərbaycanda korrupsiyanın səviyyəsi


Azərbaycan Zimbabve, Yəmən və Bəhreynlə eyni cərgədə yer alıb
Azərbaycan Zimbabve, Yəmən və Bəhreynlə eyni cərgədə yer alıb

Avqustun 3-də «Freedom House» təşkilatı «Ölkələr yol ayrıcında» adlı illik hesabatını açıqladı. 30 ölkəni əhatə edən bu hesabatda keçmiş sovet ölkələrindən Azərbaycan və Qazaxıstan korrupsiyaya qarşı ən zəif mübarizə aparan ölkələr kimi xarakterizə edildi. Bu hesabatda korrupsiya ilə mübarizə sahəsində Azərbaycan Zimbabve, Yəmən və Bəhreynlə eyni cərgədə yer alıb. Bir neçə gün əvvəl də Dünya Bankının hesabatında da keçmiş sosialist ölkələrində korrupsiyanın azalmaqda olduğunu göstərilir. Amma bu ümumi meylin əksinə olaraq bəzi ölkələrdə, o cümlədən Azərbaycanda korrupsiyanın bir az da artdığı deyilir. «Beynəlxalq Şəffaflıq» təşkilatının 2004-cü ildən bəri açıqladığı iki hesabatın ikisində də korrupsiyanın həcminə görə, Azərbaycan 159 ölkə arasında 137 və 134-cü yerlərdə olub.


«Şəffaflıq» verilişinin budəfəki sayı Azərbaycanın beynəlxalq təşkilatların hesabatlarında niyə belə bir yerdə olması səbəblərinə aydınlıq gətirilir. İqtisad Universitetinin prorektoru, Yeni Azərbaycan Partiyasının üzvü Əvəz Bayramov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti Nəzirməmməd Qaramanlı və Müsavat partiyasının Divan üzvü, iqtisadçı Qubad İbadoğlunun qatıldığı müzakirədə bu məsələdən bəhs edilir.


DİNLƏYİN!


XS
SM
MD
LG