Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:02

Küçədə içdiyiniz sərin suyun tərkibindən xəbəriniz varmı?


Heç satıcıların özlərinin də satdıqları suyun tərkibindən xəbərləri yoxdur

Heç satıcıların özlərinin də satdıqları suyun tərkibindən xəbərləri yoxdur

Hər dəfə yay mövsümü başlayanda Bakıda nəzərə çarpan problemlərdən biri, bəlkə də birincisi sərinləşdirici içkilərlə bağlıdır. Qızmar yay günəşi şəhərin müxtəlif küçə və bağlarında sərinləşdirici içki satanlar üçün əsil qazanc mənbəyi olsa da suyun keyfiyyəti onlar üçün o qədər də əhəmiyyət kəsb etmir. Çünki stəkanı 10 qəpiyə satılan sudan və rəngli şirələrin tərkibindən heç satıcıların özlərinin də xəbəri yoxdur. Metronun «20 yanvar» stansiyasının yaxınlığında sərin su satan Bəhruzun alveri pis getmir. Amma o, satdığın şirələrin necə hazırlanmasından xəbərsiz olduğun etiraf edir: «Mən dəqiq bilmirəm nə şirəsidir, amma şirədən hazırlanır. Tünd bir şey olur. Ondan hazırlanır. Çox şirin bir şirədir. Tərkibinə su qatanda sok olur». Ətrafda olan digər su satıcıları isə ümumiyyətlə bu haqda danışmaq istəmədilər.


Rəyini soruşduğumuz şəhər sakinləri də içdikləri suyun tərkibindən xəbərsiz olduqlarını deyirlər. Leyla isə havanın nə qədər isti olmasına baxmayaraq, heç vaxt küçədən sərinləşdirici içki almır: «Bir dəfə rəfiqəm içdi, ona pis təsir etdi. Ürək bulanması yarandı, baş gicəllənməsi oldu. Ona görə də heç vaxt içmirəm».


Elçinsə səhhətinə o qədər də diqqətli deyil. Deyir ki, təki belə isti havada içməyə sərin su olsun: «Onların tərkibi bilirəm kimyəvi poroşoklardı. Satılan hazır poroşoklardan hazırlanan sulardır də…»


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da keyfiyyətsiz sudan hazırlanan sərinləşdirici içkilərin mədə-bağırsaq və bir sıra yoluxucu xəstəliklərin yayıcısı ola biləcəyini istisna etmir: «Bunlar təmizlənməmiş, birbaşa su şəbəkəsinə qoşulmuş, heç bir filtrdən keçməmiş sulardı. Şübhəsiz ki, mədə bağırsaq xəstəliklərinin daşıyıcısıdırlar. Bunlara rəng və dad vermək üçün kimyəvi maddələrdən istifadə olunur. Ən yaxşı halda isə «yupi» deyilən vaxtı keçmiş qarışıqlar var, onlardan istifadə edilir».


Həkimi olan Zeyqəm Süleymanov deyir ki, bu cür içkilər ən yüngül halda allergiya yarada bilər: «Bu cür maddələr qara ciyər və digər orqanlar çox ciddi toksik təsir göstərə bilər. Qida maddələrində istifadə olunan boyalar çox bahalı olur və çox sərt standartlara cavab verməlidir. Yollarda satılanlar isə kustar üsulla hazırlanan maddələrdi. Onların tərkibi həm allergik, həm konsragen ola bilər. Allergik allergiya törədir, konsragen isə müəyyən müddətdən sonra bədəndə xərçəng xəstəliyinin yaranmasına gətirib çıxardır». Həkim Zeyqəm Süleymanov onu da əlavə edir ki, belə suları içdikdən sonra əgər mədədə turşuluğun kəskin artması və ürəkbulanma müşayiət olunarsa onda dərhal mədə yuyulmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG