Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:06

«Bakı-Xəbər»: «Hacı Məmmədovun blefi, ya dövlət sirri...»


«Gündəlik Azərbaycan» qəzeti yazır ki, Daxili İşlər Nazirliyinin (DİN) sabiq müstəntiqi İlham Əsədov Hacı Məmmədovun bandası ilə bağlı apardığı araşdırmalardan və mətbuata özəl açıqlamalar verəndən sonra təzyiq və təqiblərlə üzləşib. Hüquqşünas Əyyub Kərimin fikrincə, İlham Əsədov vaxtilə adam oğurluğu ilə bağlı bir-iki işin istintaqını aparıb və daha ciddi faktlara malikdir. «Onun başına bir iş gələrsə, sənədlərin qorunmayacağına, yaxud kimlərinsə əlinə keçəcəyinə inanmıram. Əgər bu gün İlham Əsədov onda sənədlər olduğunu deyirsə, DİN-in rəhbərliyi də onun həmin cinayət işindən xəbəri olduğunu bilirsə, deməli, keçmiş müstəntiqdə sabah kimlərəsə başağrısı gətirə biləcək faktlar da ola bilər», - cənab Kərim belə deyib. Hüquqşünas sabiq müstəntiqin MTN-ə verdiyi ifadədə hətta indiyə qədər bizlərin xəbəri olmadığı digər məsələləri açığladığını da istisna etmir.


«Bakı-Xəbər» qəzetindəki «Hacı Məmmədovun blefi, ya dövlət sirri...» başlıqlı məqalədə Daxili İşlər Nazirliyinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədovun avqustun 7-ə təyin olunmuş məhkəməsində sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevdən jurnalist Elmar Hüseynovun qətlinə dair sifariş aldığı barədə sensasiyalı ifadə verməkdən boyun qaçırması şərh olunub. Müəllifə görə, ehtimal etmək olar ki, Hacı Məmmədov belə mövqe tutmaq tapşırığını «taym-autda» olduğu dövrdə kimlərdənsə alıb. Görünür, ona buradaca dayanmaq və hadisələrin sonrakı gedişini gözləmək tapşırığı verilib. Başqa bir ehtimala görə, Hacı Məmmədov əvvəlki ifadəsini davam etdirib-etdirməməkdə tərəddüd edir. Belə bir ehtimal da realdır ki, Hacını danışdıranlar onun 25 iyulda verdiyi sensasiyalı bəyanatla bağlı vəkillərin hansı hüquqi araşdırma platformasında olduqlarını aydınlaşdırmaq istəyiblər. Bu ehtimal realdırsa, vəkillər sorğu-suala getməməklə, qurulmuş oyunu dərk etməkdə böyük müdriklik nümayiş etdiriblər. Nəhayət, belə bir versiyanı da istisna etmək olmaz ki, Hacı Məmmədov sensasiyalı bəyanatla mesaj verdiyi hansısa dairələrdən hələ öz gözlədiyi cavabı almayıb və buna ümid edir.


«Şərq» qəzetinin əməkdaşı yazır ki, Nəq­liy­yat Na­zir­li­yi nəq­liy­yat­da ge­diş haq­la­rı­nın ar­tı­rıl­ma­sı tə­şəb­bü­sü ilə çı­xış et­mək­də­dir. Bir ne­çə ay bun­dan əv­vəl bə­zi neft məh­sul­la­rı­nın qiy­mə­ti qal­dı­rı­lar­kən sü­rü­cü­lə­rin ge­diş haq­la­rı­nı ar­tır­maq niy­yə­ti­ni sərt qar­şı­la­yan hö­ku­mə­tin in­di bu cür ad­dım at­ma­sı tə­əc­cüb do­ğu­rur. Əha­li­nin mad­di du­ru­mun­dan bi­xə­bər olan Nəq­liy­yat Na­zir­li­yi isə ar­tıq Ta­rif Şu­ra­sı­na mü­ra­ci­ət edə­rək, mə­sə­lə­ni ye­kun­laş­dır­maq fik­rin­də­dir. İq­ti­sad elm­lə­ri dok­to­ru Za­hid Məm­mə­dov tək­lif edir ki, Ba­kı şə­hə­rin­də al­ter­na­tiv nəq­liy­yat va­si­tə­lə­ri mü­əy­yən­ləş­di­ril­sin. Ekspertin söz­lə­ri­nə gö­rə, yalnız key­fiy­yət­li sər­ni­şin­da­şı­ma xid­mə­ti müqabilində qiy­mət­lə­ri ar­tır­maq məq­bul­dur. O, bil­di­rib ki, key­fiy­yət ar­tı­mı ol­ma­dan qiy­mət­lə­ri qal­dır­maq düz­gün de­yil.


«Üç nöqtə» qəzetindəki «Kağız üzərindəki rəqəmlər» başlıqlı məqalədə müəllif iddia edir ki, «Azərsu» Səhmdar Cəmiyyəti (SC) su itkilərinin pulunu da abunəçilərdən almaq istəyir. Müəllifin yazdığına görə, bu gün suyun bir kub metri SC-yə 9 qəpiyə başa gəlir. Həmin göstərici sayğacı olanlar üçün nəzərdə tutulub. Sayğacı olmayanlar isə bir ailə üzvünə görə, ayda 1 manat 5 qəpik su pulu ödəyir. «Azərsu»nun məlumatına görə, su sayğacı quraşdırılmış mənzillərdə bir ay ərzində cəmi 10-12 kub metr su işlədilir. Burdan isə belə görünür ki, əslində, ödənişin həcmi 6 manat 24 qəpik deyil, təqribən 4 manat olmalıdır. Belə ki, abunəçilərdən suya görə 6,2 dəfə çox pul tələb olunur.


XS
SM
MD
LG