Naxçıvanda avtomobil zavodu tikiləcək. Bu barədə Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyev bildirib. Onun sözlərinə görə, bu ilin sonunacan Naxçıvanda Çin istehsalı olan «Lifan 520» markalı minik avtomobilinin yığılmasına başlanacaq. Zavodda ildə 1000-1300 avtomobilin yığılması planlaşdırılır. Avtomobilin qiyməti 9-10 min dollar arası olacaq.