Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:20

Azərbaycanda hakim çatışmazlığını aradan qaldırmaq mümkün olacaqmı?


Ali Məhkəmənin sədri Ramiz Rzayev hakimliyə namizədlərin imtahanın nəticələrindən razı qalmadığını deyir
Ali Məhkəmənin sədri Ramiz Rzayev hakimliyə namizədlərin imtahanın nəticələrindən razı qalmadığını deyir

Avqustun 9-da Bakı Dövlət Universitetində hakimliyə namizədlərin imtahanı keçiriləcək. Yazılı imtahanda 56 nəfər hakimliyə namizəd öz biliyini sınayacaq. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sözlərinə görə, imtahanda iştirak etmək üçün 1000 nəfər hüquqşünas sənəd versə də, onlardan yalnız 223-ü birinci mərhələni keçə bilib. İmtahanın ikinci mərhələsinə isə namizədlərdən 56 nəfəri qalıb. Cənab Rzayev bu nəticədən heç cür razı deyil.


İmtahanlara qatılan hüquqşünas Abbas Rzayev bunu özünə bir şans saydığını deyir. Onun dediyinə görə, ikinci imtahandan sonra hakimliyə namizədlər dörd ay yarım Ədliyyə Nazirliyi yanında Tədris Mərkəzində kurslar keçib, iki ay isə rayon məhkəmələrində təcrübədə olublar. Elə imtahandan sonra növbəti şifahi imtahan da həmin müddətdə toplanan təcrübənin necə qavranılmasıyla bağlı olacaq.


İkinci imtahandan keçə bilməyən hakimliyə keçmiş namizəd Nemət Kərimov isə hesab edir ki, birinci şifahi imtahan obyektiv keçsə də, növbəti yazılı imtahan onu qane etməyib. 223 nəfərin iştirak etdiyi yazılı imtahanın nəticələrinin bir ay dörd günə yoxlanıldığını bildirən cənab Kərimov bu qədər müddətdə təkcə yoxlama aparılmasına şübhə ilə yanaşır.


Amma Nemət Kərimovdan fərqli olaraq Habil adlı hakimliyə keçmiş namizəd növbəti tura keçə bilməsə də, imtahanların obyektiv olduğunu deyir. Onun sözlərinə görə, namizədliyini irəli sürənlərin içərisində çoxlu məmur və imkanlı şəxslərin övladları olsa da, onların heç biri növbəti mərhələyə adlaya bilməyib. Elə bu baxımdan da o, imtahanların şəffaf keçdiyi qənaətindədir.


Ali Məhkəmənin sədri Ramiz Rzayevin dediyinə görə, hazırda ölkədə 323-ə yaxın hakim fəaliyyət göstərir. Ölkədə hakim qıtlığı olduğunu bildirən cənab Rzayev, daha yüzə yaxın hakimə ehtiyac olduğunu bildirir. Boş qalan yerlərə hakimlərin müəyyən edilməsi üçün Məhkəmə-Hüquq Şurası qarşıdakı aylarda daha bir imtahan keçirmək niyyətindədir.


Azərbaycanda hakimliyə namizəd ali hüquq təhsilli, yaşı 30-dan aşağı olmayan, hüquqşünas ixtisası üzrə ən azı 5 il staja malik Azərbaycan Respublikasının vətəndaşları ola bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG