Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:57

Xəbərlər


Azərbaycan tarixinə aid 10 seriyalı sənədli film çəkilir


Əcnəbi seyrçilərə ünvanlanan bu yeni layihəni rejissor Nizami Abbasın rəhbərlik etdiyi yaradıcı qrup gerçəkləşdirir. 1-ci seriya artıq tamamlanmaq üzrədir. Onun sözlərinə görə, Odlar Yurdunun tarixini sənədli görüntülərlə canlandıracaq serialların çəkilişi 2009-cu ildə başa çatdırılacaq.



Bəstəkar Adil Bəbirov Azərbaycan musiqisinə senzura qoyulmasını təklif edir


O, bu təklifini «525-ci qəzet»ə müsahibəsində dilə gətirib. Tanınmış bəstəçinin fikrincə, yeni mahnıların və ifaçıların peşəkar senzuradan keçməsi müasir musiqiyə az qala hakim kəsilmiş bayağılığı nisbətən azalda bilər.



Teatr haqqında qanun payızda qəbul edilə bilər


Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov belə düşünür. Onun sözlərinə görə, «Bütün teatrlar həmin qanunun layihəsiylə tanış olub və sənəd İttifaqın İdarə Heyətində təsdiqlənib». Azərpaşa Nemətovun fikrincə, qanunun qəbulundan sonra teatrlarda müsbət irəliləyişlərin olub-olmaması artıq teatrların öz vicdanına yazılacaq.


XS
SM
MD
LG