Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

Fərhad Əliyevin telefon kitabçasında Hacı Məmmədovun telefon nömrəsi tapılıb


Baş prokuror Zakir Qaralov: «Hacı Məmmədovun dedikləri tam ciddi araşdırılacaq»

Baş prokuror Zakir Qaralov: «Hacı Məmmədovun dedikləri tam ciddi araşdırılacaq»

Baş prokuror Zakir Qaralov bildirir ki, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin kabinetində axtarış zamanı onun telefon kitabçasında Hacı Məmmədovun telefon nömrəsi tapılıb. Keçmiş nazirin uzun müddət Hacı Məmmədovun qohumu ilə yaxın münasibətdə olduğu aşkarlanıb.


İyulun 25-də Ağır Cinayətlər dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf nazirinin göstərişi ilə öldürdüyünü söyləmişdi. Avqustun 8-də jurnalistlərə söhbətində baş prokuror bildirib ki, mətbuatda Hacı Məmmədovun bu ifadəsinə inamsızlıq olduğundan Fərhad Əliyevin işi üzrə istintaqdakı bu məqamı açmağa məcbur olub: «Hacı Məmmədovun bu bəyanatı Elmar Hüseynovun qətli ilə bağlı istintaq edilən cinayət işinin çərçivəsində aparılacaq. Onun dedikləri tam ciddi araşdırılacaq və obyektiv qərar qəbul olunacaq».


Hacı Məmmədovun məhkəmədə Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf nazirinin sifarişi ilə öldürdüyünü bildirməsindən dərhal sonra həbsdə olan keçmiş nazir Fərhad Əliyev də xüsusi bəyanatla çıxış edərək bu ittihamı rədd etmişdi.


Məhkəmənin avqustun 7-də keçirilən iclasında Hacı Məmmədov bir daha həmin ifadələrini təsdiqləsə də qətllə bağlı ətraflı məlumat verməkdən imtina edib. Hakim isə bu ifadələri Elmar Hüseynovun qətlini araşdıran istintaqa tapşırmağı lazım bildir. Jurnalistin qətlini araşdıran Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Hacı Məmmədov Elmar Hüseynovun qətliylə bağlı istintaqda şahid kimi dindiriləcək: «Elmar Hüseynovun qətliylə bağlı istintaq intensiv gedir, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Qətlin üstünün tezliklə açılması üçün bütün versiyalar yoxlanır, ekspertizalar keçirilir».


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də yaşadığı evin girişində qətlə yetirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG