Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Xəzəryanı ölkələr üçün qara kürü ixracının kvotasına yenidən baxılacaq


2007-ci ilin nərə kvotası təxminən bu ilin noyabrında məlum ola bilər

2007-ci ilin nərə kvotası təxminən bu ilin noyabrında məlum ola bilər

2006-cı ilin oktyabrında Cenevrədə Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti üzrə Konvensiyanın - yəni SİTES-in daimi katibliyinin xüsusi toplantısında İran istisna olmaqla dörd Xəzəryanı ölkə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla bağlı qara kürü və nərə balığı ixracına qoyulan kvotaya yenidən baxılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyində Su Bioresurslarından istifadənin tənzimlənməsi şöbəsinin müdiri Qəhrəman Zahidlinin sözlərinə görə, 2006-cı ildə İran istisna olmaqla dörd Xəzərsahili ölkəyə qara kürü və nərə balığı ixracına icazə verilməyib. Onun sözlərinə görə, SİTES-in bu qadağası ona gətirib çıxarıb ki, Azərbaycanın daxilində sənaye məqsədi üçün nəzərdə tutulmuş kvotalar da bu günə qədər istifadə olunmamış qalıb. SİTES-in qara kürünün ixracına qoyduğu qadağaya görə, kvotaya uyğun olaraq sənaye məqsədi ilə nərə ovuyla bağlı onlara bir dənə də olsun xüsusi şirkətlərdən müraciət daxil olmayıb.


2002-ci ilə qədər Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın balıqçılarından ibarət Xəzərin Bioresurslar Komissiyasının fəaliyyət göstərdiyini deyən Qəhrəman Zahidlinin sözlərinə görə, dənizin bioresurslarından birgə istifadə olunduğuna və həm də ovlanmış nərəkimilər beynəlxalq ticarətin subyekti olduğuna görə, SİTES İrandan da bu komissiyaya qoşulmağı tələb edib. Qəhrəman Zahidlinin sözlərinə görə, SİTES-in bəyan edib ki, yalnız həmin komissiyanın gəldiyi nəticədən sonra SİTES Katibliyi nərəkimilərin ovuna icazə verə bilər. Rusiya ilə aralarında yaranan bəzi mübahisələrə görə Türkmənistan komissiyanın toplantısında iştirakdan imtina edib. Amma sonradan Azərbaycan tərəfinin təkidilə bu ilin martında Moskvada bu məsələ bir daha müzakirə edilib və həm də qərara alınıb ki, Türkmənistan da bu müzakirələrə qoşulsun, amma buna qədər SİTES komissiya üzvlərinin gözləmədiyi halda İran üçün nərəcinsli balıq növlərinin ixracı üçün kvotanı təsdiq edib. Qəhrəman Zahidliyə görə, bu zaman digər Xəzərsahili dövlətlərin rəyi nəzərə alınmayıb.


Ekpert deyir ki, İran üçün ayrılmış “fars nərəsi”nin ixrac kvotası müəyyənləşəndə həmin balıq növü ancaq İran sularında məskunlaşan balıq kimi təsdiq edilib. Bununla razılaşmayan dörd Xəzərsahili dövlətlərin nümayəndələri SİTES Katibliyinə müraciət etsələr də indiyə qədər həmin müraciətə cavab verilməyib. 2007-ci ilin nərə kvotasına gəlincə Qəhrəman Zahidliyə görə bu təxminən bu ilin noyabrında məlum ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG