Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:56

Bəzi pivə və sərinləşdirici içkilərdə bağırsaq çöpü bakteriyaları aşkarlanıb


İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentinin bütün ölkə ərazisində apardığı monitorinq zamanı bəzi pivə və sərinləşdirici içkilərdə bağırsaq çöpü bakteriyaları aşkarlanıb . Ən çox belə hallara Gəncə şəhərində rast gəlinib. «Üçbulaq», «Tərxun» və «Portağal» adlı sərinləşdirici içkilər satışdan çıxarılıb. Araşdırmalar zamanı aydın olub ki, bunun səbəbi birdəfəlik plastik qabların kafelərdən, yollardan, hətta zibilliklərdən yığılıb təkrar istehsalda istifadə olunmasıdır. Hələlik adıçəkilən şirkətlərin bu qərara münasibətləri məlum deyil.





XS
SM
MD
LG