Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04

DİN «Azadlıq» qəzeti və Zərdüşt Əlizadədən 100 min manat istəyir


Məhkəmə öz qərarını avqustun 9-da verəcək

Məhkəmə öz qərarını avqustun 9-da verəcək

Avqustun 7-də Səbail məhkəməsi Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanovun «Azadlıq» qəzeti və politoloq Zərdüşt Əlizadəyə qarşı iddiasını araşdırdı. İddiaçı idarənin işgüzar imicinə dəyən zərərə görə Zərdüşt Əlizadənin və «Azadlıq» qəzetinin hər birinin 50 min yeni manatı məbləğində cərimələnməsini və qəzetdə təkzib verilməsini tələb edir.


Politoloq bu yaxınlarda həmin qəzetə verdiyi müsahibəsində Narkotiklərlə Mübarizə Baş İdarəsinin yüksək vəzifəli əməkdaşlarının narkodiler qismində narkobizneslə məşğul olduğunu iddia etmişdi. «Azadlıq» qəzetinin vəkili Mehman Muradlı və Zərdüşt Əlizadə məhkəmədə bildirdilər ki, ölkə Konstitusiyasına və KİV haqqında qanuna əsasən sərbəst fikir söyləmək hüququna malikdirlər. Z. Əlizadə həmçinin qəzetə verdiyi müsahibədə söylədiyi iddialarına uyğun faktlarını məhkəməyə təqdim edə biləcəyini söylədi.


İddiaçının vəkilləri isə qəzetdə söylənən fikirlərin yanlış olduğunda, bunla idarənin işgüzar nüfuzuna xələl gəldiyində israr etdilər. Onlar həmçinin bildirdilər ki, «Azadlıq» qəzeti və Zərdüşt Əlizadədən tələb etdikləri məbləği uşaq evlərindən birinə köçürəcəklər.


Məhkəmə öz qərarını avqustun 9-da verəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG