Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

Sonuncu "çadır şəhərcikləri" ləğv edilir


İndiyədək Azərbaycanda 12 «çadır şəhərciyi» varıydı ki, onlardan 5-i artıq ləğv edilib
İndiyədək Azərbaycanda 12 «çadır şəhərciyi» varıydı ki, onlardan 5-i artıq ləğv edilib

Bərdə və Ağcabədidə «çadır şəhərcikləri»ndə məskunlaşan 3860 ailə sentyabrın 15-ə qədər Ağcabədi və Ağdam rayonlarındakı yeni qəsəbələrə köçürüləcək. Nazirlər Kabineti Qaçqın və Məcburi köçkünlərin sosial inkişafı şöbəsinin layihələr üzrə meneceri Dövlətxan Dövlətxanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, 13 qəsəbə artıq hazırdır və son tamamlama işləri aparılır. Bu qəsəbələrin salınmasına 102 milyon 700 min dollar vəsait xərclənib.


Sabirabad, Saatlı və İmişlidə yerləşən sonuncu 3 «çadır şəhərciyi»nin ləğvi üçün də artıq ilkin işlərə başlanıb. Cənab Dövlətxanovun sözlərinə görə, gələn ay 4179 məcburi köçkün ailəsi üçün Ağdam, Biləsuvar və Füzuli rayonlarının ərazisində nəzərdə tutulan qəsəbələrin tikintisinə başlanacaq. Proqramın ilkin dəyəri 140 milyon yeni Azərbaycan manatı məbləğində proqnozlaşdırılır.


Aran bölgələrində məskunlaşan məcburi köçkünlərlə işləyən bəzi qeyri-hökumət təşkilatının nümayəndələri isə hesab edirlər ki, bu qəsəbələr kommunal şəraitin olmadığı yerlərdə salınır. Bir müddət öncə məcburi köçkünlər də etiraz edərək, yeni qəsəbələrə köçmək istəmədiklərini bildirmişdilər. Cənab Dövlətxanov isə deyir ki, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün bütün şərtlər nəzərə alınır.


İndiyədək Azərbaycanda 12 «çadır şəhərciyi» varıydı ki, onlardan 5-i artıq ləğv edilib. 16 fin şəhərciyində məskunlaşan 6315 məcburi köçkün ailəsinin köçürülməsiylə bağlı proqram isə bu ilin sonundan işə düşəcək.


XS
SM
MD
LG