Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09

Avqustun 8-də 2-ci və 5-ci ixtisas qruplarına qəbul imtahanları keçiriləcək


İmtahan başa çatan kimi düzgün cavablar TQDK-nın internet səhifəsində yerləşdiriləcək

İmtahan başa çatan kimi düzgün cavablar TQDK-nın internet səhifəsində yerləşdiriləcək

Avqustun 8-də 2006-07-ci tədris ili üçün ali məktəblərin 2 və 5-ci ixtisas qruplarına qəbul imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, həmin gün 32554 abituriyent (Bakıda 30827, Naxçıvanda isə 1727 nəfər) qəbul imtahanı verəcək. Bu abituriyentlərdən 29399-u Azərbaycan bölməsi üzrə, 3155-i isə rus bölməsi üzrə sənəd verib. Abituriyentlərin 13702-i oğlan, 18852-i isə qızdır.


İmtahanın keçirilməsi üzrə Bakıda 53, Naxçıvanda isə 3 bina ayrılıb. Bakı və Sumqayıt orta məktəblərindən 2301 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 176 imtahan rəhbəri cəlb olunub.


2-ci qrup üzrə ən yaşlı abituriyent 1954-cü ildən, ən gənc isə 1991-ci ildəndir. 5-ci qrupu seçən ən yaşlı abituriyent 1951-ci ildən, ən gənc isə 1990-cı ildəndir.


TQDK bildirir ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən 2-ci və 5-ci ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq.


Bu proses başa çatan kimi düzgün cavablar qurumun internet səhifəsində yerləşdiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG