Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:30

«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurinin səhhəti ağır olaraq qalır


«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nurinin səhhəti ağır olaraq qalır. Onun qanında parçalanma gedir və müalicəsi xaricdə mümkündür. Ancaq Səid Nuri barəsində məhkəmə hökmü olduğundan, onun xaricə getməsinə Ədliyyə Nazirliyi icazə verməlidir.


Səidin valideynləri və bir qrup hüquq müdafiəçisi bir həftə bundan əvvəl nazirliyə müraciət etsə də, hələ ki, onların məktubuna cavab verilməyib.


Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, Səid Nurinin işiylə əlaqədar ədliyyə naziri Fikrət Məmmədovla görüşmək üçün müraciət ediblər və avqustun 7-də bu görüşün reallaşmasına çalışacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG