Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:09

«Yeni Azərbaycan»: «Kənd təsərrüfatı istehsalçıları məhsullarını bazarda sata biləcək»


«Şərq» qəzeti yazır ki, ATƏT-in Minsk Qru­pu həm­sədr­lə­ri­nin ya­xın vaxtlarda münaqişə tə­rəf­lə­rinə mü­ra­ci­ət edə­cə­yi göz­lə­ni­lir. Həm­sədr­lə­rin tə­rəf­lə­rə da­nı­şıq­la­rın da­vam et­di­ril­mə­si üçün ye­ni tək­lif­lər təq­dim edə­cə­yi də eh­ti­mal­lar sı­ra­sın­da­dır. Müəllif qeyd edir ki, həm­sədr­lə­r da­nı­şıq­la­rın növ­bə­ti mər­hə­lə­sin­də mü­əy­yən irə­li­lə­yiş­lə­rin əl­də olu­na­ca­ğı­na ümid­lə­ri­ni itir­mə­sə­lər də, Azər­bay­can­da bunu inan­dı­rı­cı sa­y­mırlar. Elə eks­pert­lər də in­di­ki hal­da danışıq­la­rın da­vam et­di­ril­mə­si­nin re­al və­ziy­yət­i dəyişəcəyini düşünmürlər.


«Yeni Azərbaycan» qəzeti xəbər verir ki, hökumətin kənd təsərrüfatı istehsalçılarının satış imkanlarının yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi kampaniyaya keçmiş kolxoz bazarları adlanan hazırkı ticarət mərkəzləri də qoşulmağa başlayıb. Artıq «Təzə bazar» MMC kənd təsərrüfatı istehsalçıları üçün geniş satış şəbəkəsi yaradıb. MMC-nin direktoru Məmmədağa İbrahimovun qeyd etdiyinə görə, bazarda kənd mülkiyyətçiləri üçün 300-ə yaxın piştaxta yaradılıb. M.İbrahimov əlavə edib ki, rayondan gələn iri yük maşınlarının bazarda yerləşdirilməsi üçün də əlverişli şərait yaradılıb. Hazırda «Təzə bazar» 120 yük maşınını qəbul etməyə hazırdır. Maşınların yerləşdirilməsi üçün xüsusi dayanacaqlarla bərabər, yükün boşaldılmasından ötrü geniş anbar fəaliyyət göstərir.


«Mərkəz» qəzetinin yazdığına görə, Təhsil Nazirliyi qarşıdakı tədris ilindən ali məktəblərin bakalavr pilləsində ciddi dəyişikliklər həyata keçirəcək. Hazırda nazirlikdə bakalavr təhsilinin yeni standartları hazırlanır. Təhsil Nazirliyinin orta ixtisas və ali məktəblər idarəsinin rəhbəri İlham Mustafayevin sözlərinə görə, bütün bu dəyişikliklər ölkənin ali təhsil müəssisələrinin kredit sisteminə keçməsi ilə bağlıdır: «Lazımsız fənlər, qeyri-ixtisas fənləri tədris planından çıxarılacaq. Ümumiyyətlə, tələbələrin təhsil yükü xeyli yüngülləşdiriləcək. Əgər kredit sisteminə keçəndən sonra fənlərin 20 faizinin tələbələr tərəfindən seçilməsi mümkün olacaqsa, bu, o deməkdir ki, 700 fənni tələbələrin özü seçəcək». Təhsil Nazirliyinin rəsmisi İlham Mustafayev «Mərkəz» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib.


XS
SM
MD
LG