Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Nardaranda İsrailin əleyhinə mitinq keçirildi


Avqustun 4-də Bakının Sabunçu rayonunda yerləşən Nardaran qəsəbəsində İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlara etiraz mitinqi keçirilib. Yüzdən çox kənd sakini və Azərbaycan İslam Partiyası üzvlərinin qatıldığı aksiyada çıxış edənlər Livandakı əməliyyatları pisləyərək bombalanma zamanı dinc sakinlərin də həlak olmasına görə İsrail rəhbərliyinin məsuliyyət daşımalı olduğunu bildiriblər. Onlar həmçinin BMT və digər beynəlxalq təşkilatları Yaxın Şərqdə sülhü bərpa etmək üçün heç bir fəaliyyət göstərməməkdə ittiham ediblər.


Aksiyada «Hizbullah» qruplaşmasını dəstəkləyən və Qərb dövlətlərini İsraili dəstəkləməkdə ittiham edən şüarlar səslənib.


XS
SM
MD
LG