Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Gəncə aeroportu beynəlxalq hava limanı statusu daşıyacaq


Gəncə aeroportunda yenidənqurma işləri avqust ayının ortalarında yekunlaşacaq və o, beynəlxalq hava limanı statusunu daşıyacaq. Aeroportun rəisi Bəylər Nəcəfovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, ilkin olaraq Gəncə-Sankt-Peterburq və Gəncə-İstambul reyslərinin açılacağı gözlənir. İran ərazisinə də təyyarə reysinin açılması müzakirə olunur. Hava limanı beynəlxalq standartlara cavab verəndən sonra burda 1 saat ərzində 300 sərnişinə xidmət göstərmək imkanı yaranacaq.


Azərbaycan Hava Yolları Dövlət Konsernindən verilən məlumata görə, Gəncə aeroportunun beynəlxalq hava limanı statusuyla sentyabrda fəaliyyət göstərməsi planlaşdırılır.


Mütəxəssislər Gəncə beynəlxalq hava limanının rentabelli olması üçün aeroportun daha çox tranzit kimi istifadə ediləcəyini hesab edirlər.


Gəncə aeroportunda 2005-ci ildən başlanan yenidənqurma işlərinə 40 milyon dollara yaxın vəsait ayrılıb. Hazırda aeroportda Bakı-Gəncə-Naxçıvan və Gəncə-Moskva reysləri fəaliyyət göstərir.



Günün bütün mövzuları

XS
SM
MD
LG