Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

RLS-in ətraf mühitə təsirini araşdırmaq üçün Qəbələdə xüsusi məntəqə yaradılır


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rusiyaya icarəyə verilən Qəbələdəki «Dəryal» Analitik İnformasiya Mərkəzinin (radiolokasiya sisteminin) ətraf mühitə təsirlərini öyrənmək üçün xüsusi məntəqə yaradır. Bu barədə nazirliyin ətraf mühitin monitorinqi departamentinin rəhbəri Lahuti Əliyev məlumat verib. Onun sözlərinə görə, nazir Hüseynqulu Bağırovun göstərişi ilə yaradılan məntəqənin təchizatı üçün artıq Almaniyadan elektromaqnit şüalanmanın səviyyəsini müəyyən edən, elektromaqnit dalğaların tərkibini araşdırmağa imkan verən ən müasir avadanlıqlar sifariş verilib. Məntəqədə fəaliyyət göstərəcək mobil qrup təkcə Qəbələdə yox, elektromaqnit dalğaların təsir dairəsinə düşən ətraf rayonlarda da araşdırmalar aparacaq. İndiyə qədər Ekologiya Nazirliyinin mütəxəssisləri bu bölgədə tədqiqatlar aparmaq üçün Rusiya istehsalı olan cihazlardan istifadə edirdilər.


«Dəryal» radiolokasiya sistemi ildə 7 milyon dollara Rusiyaya icarəyə verilib. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlamağa imkan verir. Azərbaycandakı bir sıra ictimai qurumlar radiolokasiya stansiyasının ətraf mühitə ciddi ziyan vurduğunu və insanlarda xərçəng və digər ağır xəstəliklərə səbəb olduğunu bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG