Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirildi


İmtahan verilən binaların qarşısında abituriyentlərdən çox valideyinlər var idi
İmtahan verilən binaların qarşısında abituriyentlərdən çox valideyinlər var idi

İyulun 3-də Bakı və Naxçıvan şəhərlərində ali məktəblərin III ixtisas qrupuna, humanitar ixtisaslara qəbul imtahanı keçirildi. Hər il olduğu kimi du dəfə də ən böyük rəqabət məhz III ixtisas qrupundadır. 6929 yer uğrunda 31000-dən çox abituriyent mübarizə aparır. 160 saylı orta məktəbdə imtahan verən abituriyentlər imtahanın gedişatından razı qaldıqlarını dedilər.


160 saylı orta məktəbdə binaya nəzarət edən xüsusi mühafizə xidmətinin əməkdaşı Mahir Atakişiyev imtahanın problemsiz ötüşdüyünü bildirdi. Onun sözlərinə görə, əksər abituriyentlər özlərilə şpalka və müxtəlif dualar gətirsələr də, onlara içəri keçirə bilmədilər: «Duaları da içəri keçirtməyə qoymadıq. Çünki bəzən şparqalkanı da dua adı ilə keçirtməyə cəhd göstərirlər».


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə də, hələ ki komissiyaya imtahanla bağlı heç bir şikayətin daxil olmadığını deyir. Elnur Nağızadənin sözlərinə görə, artıq bu gün axşam 8-in yarısından “Space” telekanalında TQDK-nın ekspertləri tərəfindən testlərin düzgün cavabları barədə məlumat veriləcək.


Komissiyaının əməkdaşı deyir ki, sabahdan isə düzgün cavablar həm də TQDK-nın saytında da yerləşdiriləcək.


TQDK-dan verilən məlumata görə, bu il III qrup üzrə ən çox plan yeri Azərbaycan dili və ədəbiyyatı və xarici dil ixtisaslarına ayrılıb. Sənəd verənlər arasında isə oğlanlar daha çox Hüquqşünaslıq, qızlar isə Azərbaycan dili və ədəbiyyatı ixtisaslarına üstünlük veriblər.


Bu gün imtahan verən ən yaşlı abituriyentin 47, ən gəncinin isə 14 yaşı olub. İmtahanın cavablarına gəlincə isə, nəticələrin ən geci avqustun 20-də elan olunacağını gözlənilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG