Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Ötən il AN-140 təyyarəsinin konstruktor səhvindən qəzaya uğradığı bildirilir


Azərbaycan hökumətinin AN-140 təyyarələrini istehsal edən Ukraynadan təzminat tələb edəcəyi istisna olunmur
Azərbaycan hökumətinin AN-140 təyyarələrini istehsal edən Ukraynadan təzminat tələb edəcəyi istisna olunmur
«Azal» Azərbaycan Dövlət Hava Yolları Konsernindən aldığımız məlumata görə, 2005-ci ilin dekabrın 23-də Bakı-Aktau reysi ilə uçarkən qəzaya uğrayıb Xəzərin Azərbaycan sahillinə düşən AN140-100 təyyarəsində konstruktor səhvi olub. Azalın direktor müavini Sabir İlyasov «Azadlıq» radiosuna bildirib ki, üç aylıq araşdırmadan sonra rusiyalı mütəxəssislər qəzaya təyyarənin düzəldilməsi zamanı buraxılan səhvin səbəb olması qənaətinə gəliblər.

Bununla da qəzanın terror nəticəsində və ya pilotların səhvi ucbatından baş verməsi ilə bağlı versiya sıradan çıxır. Sabir İlyasov deyir ki, hadisə ilə bağlı təfsilatlı məlumat verməli olan dövlət komissiyası rəyini iki həftə ərzində açıqlamağa hazırlaşır.


Cənab İlyasov Azərbaycan hökumətinin bu tip təyyarələri istehsal edən Ukraynadan təzminat tələb edəcəyini və AN-140 təyyarəsinin alınmasına son qoyulacağını da istisna etmir: «Komissiya işini qurtarandan sonra qərara gələcəklər AN 140 təyyarəsi işlədəkmi?»


Azərbaycandan Qazaxıstanın Aktau şəhərinə uçmalı olan AN-140-100 sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra Xəzər sahilinə düşmüşdü. Bu zaman 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olmuşdu.


AN-140-100 orta ölçülü, 52 yerlik təyyarədir. Azərbaycan iki il öncə Ukraynadan dörd AN140-100 təyyarəsi alıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG