Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

«Yeni Fikir»çilərin azadlığa buraxılması üçün AŞ PA prezidentinə müraciət edildi


Avqustun 2-də bir qrup hüquq müdafiəçisi və «Yeni Fikir» Gənclər Təşkilatının Hüquqlarını Müdafiə Komitəsi qurumun sədri Ruslan Bəşirli və onun müavini Ramin Tağıyevin azadlığa buraxılması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene van der Lindenə müraciət edib. Müraciət müəllifləri ötən il «İşgəncələr Əlyehinə Ümüdünya Təşkilatı»nın, ABŞ Dövlət Departamentinin, «Human Rights Watch» və digər nüfuzlu beynəlxalq təşkilatların insan hüquqlarının vəziyyətinə dair hesabatlarında həmin gənclərin həbsinə ciddi reaksiya verildiyini xatırladır, Ruslan Bəşirli və təşkilatın digər üzvü Səid Nurinin səhhətində problemlərin olduğunu və onların müalicəsi üçün şərait yaradılmadığını qeyd edirlər.


Müraciətdə Avropa Parlamentinin ötən ilin oktyabrında qəbul etdiyi qətnamənin 7-ci bəndində «Yeni Fikir»çilərin həbsinin pisləndiyi və gənclərin dərhal azadlığa buraxılması çağırışlarının yer aldığı diqqətə çatdırılır və cənab Linden öz səlahiyyətlərindən istifadəyə çağırılır.


Oxşar müraciət Azərbaycan prezidenti İlham Əliyevə də ünvanlanıb.


«Yeni Fikir» Gənclər Təşkilatının fəalları ötən il hakimiyyəti zorla dəyişdirməyə cəhddə ittiham olunaraq həbs ediliblər. Təşkilatın sədri Ruslan Bəşirli yeddi, Ramin Tağıyev beş il müddətinə həbs edilib, Səid Nuri isə beş il şərti cəzaya məhkum edilib.


XS
SM
MD
LG