Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

Bakıya və Sumqayıta verilən su bulanıqdır


«Azərsu» Açıq Səhmdar Cəmiyyətindən bildirirlər ki, son günlər yağıntı çox olduğundan və Ceyranbatan su hövzəsində texniki qəza baş verdiyindən avqustun 2-də paytaxt Bakıya və Sumqayıta verilən içməli su bulanıq şəkildə olub.


Amma artıq texniki qəza aradan qaldırılır. Yaxın günlərdə həmin şəhərlərə verilən içməli suyun keyfiyyəti qaydasına düşəcək.


«Azərsu»dan onu da bildirdilər ki, son günlər bölgələrdə yağıntı çox olduğundan Kürün suyu da bulanıqlaşıb. Borudakı su ilə birgə gəlmiş lilin çökməsi və suyun durulması üçün təxminən iki gün vaxt lazımdır. İki gün ərzində borudakı su durulmağa başlayacaq.


XS
SM
MD
LG