Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Qəbul imtahanları ilə bağlı polis gücləndirilmiş rejimdə işləyəcək


Avqustun 3-də ali məktəblərə üçüncü ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. Həmin gün Bakıda polis gücləndirilmiş iş rejiminə keçəcək. Avqustun 2-də saat 10:00-dan etibarənsə imtahan keçiriləcək 54 binada polis nəzarəti gücləndirilib. Bu haqda «Azadlıq» radiosuna Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şəmistan Seyidli məlumat verib.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, üçüncü ixtisas qrupu üzrə nəzərdə tutulan 6929 plan yerindən ən çox yer Azərbaycan dili və ədəbiyyatı, eləcə də xarici dil ixtisaslarına ayrılıb.


Bu qrup üzrə oğlanlar əsasən hüquq, qızlar isə Azərbaycan dili və ədəbiyyatı fakültələrinə üstünlük verirlər.


TQDK-nın məlumatına görə, birinci ixtisas qrupunda oğlanlar üstünlük təşkil edirdisə, üçüncü qrupda əksəriyyət qızlardan ibarətdir.


XS
SM
MD
LG