Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

"Gündəlik Azərbaycan": "Müxalifət müxalifətə qarşı"


Gündəlik Azərbaycan” qəzetindəki “Müxalifət müxalifətə qarşı” başlıqlı məqalənin müəllifinə görə, müxalifət 2008-ci il prezident seçkisinə pərakəndə və çoxsaylı namizədlərlə qatılacaq. Müəllif yazır ki, hansı təşkilatların həqiqi və «ana müxalifət» olduğunu əvvəllər mətbuat və cəmiyyət müəyyənləşdirirdisə, indi bu funksiyanı bəzi partiyalar öz öhdəsinə götürüb. Artıq hər bir siyasi qüvvə yalnız özünü və təmsil olunduğu bloku müxalifət hesab edir, başqalarını isə hakimiyyətin siyasi xəttinə uyğun fəaliyyət göstərməkdə suçlayır. Bir tərəfdə birlikdən danışanlar, digər tərəfdə «kim mənimlə birgədirsə, müxalifətdir, bizdən kənarda olan heç kim müxalifət deyil» tipli bəyanatlar verir. Müəllifə görə, bu cür ziddiyətli məqamlar da birləşməyə meyl edənlərin inciməsinə və parçalanmanın daha da dərinləşməsinə səbəb olur. Bununla da vahid namizəd ideyasına bilərəkdən, ya bilməyərəkdən indidən zərbə vurulur.


525-ci qəzet”in əməkdaşı iyu­lun 27-dən 30-dək Hel­sin­ki Və­tən­daş As­samb­le­ya­sı­nın Azər­bay­can nü­ma­yən­də­li­yi­nin üç üz­vü ilə birgə Dağ­lıq Qa­ra­bağ­da sə­fər­də olan müs­tə­qil jur­na­list Sey­mur Bay­can­ın sə­fər tə­əs­sü­rat­la­rı­nı öy­rə­nib. Cənab Baycanın dediyinə görə, Xan­kən­di­ndə mü­ha­ri­bə­nin heç bir əla­mə­ti hiss olun­mur. Şə­hər, xüsusilə də yolları tam bər­pa olu­nub, ma­ğa­za­lar fəa­liy­yət gös­tə­rir, kü­çə­lər­də hərb­çi­lər gö­zə dəy­mir. Am­ma kə­nar əra­zi­lər­də və­ziy­yət ta­mam baş­qa­dır. Mə­sə­lən, Şu­şada çox bö­yük da­ğın­tı­lar var, elə bil ki, hə­yat da­ya­nıb. Er­mə­nis­tan tə­rə­fi ora­da çox say­da in­san yer­ləş­dir­mə­yə ça­lış­sa da, is­tə­yi­nə na­il ola bil­mə­yib.


Mərkəz” qəzetinin əməkdaşı yazır ki, Azad İstehlakçılar Birliyinin araşdırmasına görə, ölkədəki 40-a qədər duz sexinin yarıdan çoxu qeyri-leqal fəaliyyət göstərir. Yodsuz duz istehsalı ilə əsasən, gizli sexlər məşğul olur. Araşdırmalar göstərir ki, qeyri-leqal fəaliyyət göstərən gizli sexlər əsasən Masazır gölünün yaxınlığında, eyni adlı kənddə məskunlaşıb. Burada 20-yə qədər, heç bir qurumda, xüsusilə də vergi orqanlarında qeydiyyata düşməyən kustar duz istehsalı müəssisəsi fəaliyyət göstərir. Bundan başqa, Salyanda və Qaradağ duz gölünün ətrafında da belə sexlərin sayı az deyil. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, göllərdən yığılan duz həmin sexlərdə emal prosesinə məruz qalmadan qablaşdırılır. Artıq ölkədəki duz istehsalı prosesi ilə bağlı hökumət səviyyəsində müzakirələrə start verilib. Hökumətin saxta və keyfiyyətsiz duz istehsal edənlərə qarşı mübarizə aparacağı gözlənilir.


XS
SM
MD
LG