Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:58

Yol polisi Bakıda təmiz hava «yaradır»


Avtomobillərin mühərrikindən ixrac olunan C10 qazının miqdarı normativdən çox olduqda inzibati tədbirlər görülür
Avtomobillərin mühərrikindən ixrac olunan C10 qazının miqdarı normativdən çox olduqda inzibati tədbirlər görülür

Fikrət Həsənov Bakıda yaşayır. Deyir, heç olmasa ildə bir neçə dəfə boya-başa çatdığı Qubaya baş çəkməlidir, yoxsa Bakıdakı havanın ağırlığına dözə bilməz: «Oralar əladır, təmiz havanın nə olduğunu hiss edirsən. Qubadan qayıdıb gələndən sonra özümü sağlam, lap cavan oğlan kimi hiss edirəm. Hava çirkli olanda isə yorğun oluram».


Dövlət Yol Polisi əməkdaşları Fikrət dayının arzusunu az-çox reallaşdırmaq istəyirlər. Bunun üçün avqustun 1-dən yol polisləri «Təmiz hava» aylığı keçirməyə başlayıblar. Şəhərin ən çox avtomaşın olan yerlərində xüsusi cihaz vasitəsilə karbon qazının dərəcəsini yoxlayırlar.


Səbayel Rayon Yol Polisi İdarəsinin baş dövlət avtomobil müfəttişi rəisi Talıb Qasımov deyir ki, göstəricilər yüksək olanda polis həmin maşını nəzarətə götürür, sürücü təmir etdirənə qədər maşın saxlanılır: «Avtomobillərin mühərrikindən ixrac olunan C10-nun miqdarını yoxlayırıq. Normativdə var ki, bu qazın göstəricisi 3,5-ə qədər olmalıdır. Yüksək olanda inzibati tədbirlər görülür».


Maşını yoxlamadan texniki nasaz çıxan sürücü Rəşad Quliyev də etiraf edir ki, indiyə qədər maşının belə vəziyyətdə olmasını bilmirmiş: «Bu yoxlama mənim üçün narahatlıq yaratmır. İndi cərimə ödəyəcəyəm. Ancaq hər dəfə cərimə ödəyən deyiləm ki, ona görə aparıb birdəfəlik təmir elətdirməliyəm».


Ancaq bütün sürücülər Rəşad kimi düşünmür. Narahat olanlar çoxdur, bu tədbirin polisin əlində bəhanə olduğunu deyənlər də var.


Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri, ekoloq Kamran Mahmudov isə deyir ki, bu cür tədbirlərin bir ay yox, daha uzun müddətli keçirilməsi yaxşı olardı: «Bu, özlüyündə yaxşı tədbirdir. Çünki indi Bakıda həm maşınlar çoxdur, həm də yanacağın keyfiyyəti aşağıdır. Hava çirklənməsi ən çox texniki nasazlıqdan olur. Maşınlardan başqa yaşıllıqların qorunmasına çox fikir vermək lazımdır. Bu cür tədbirlər mütəmadi olsa effektli olar».


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, saxlanan hər 50 avtomaşından azı 20-nin havanın çirkləndirməyə meylli olduğu müəyyən edilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG