Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:59

Yanğınlarla bağlı Azərbaycanla Ermənistanın əməkdaşlığı mümkündürmü?


Ağdam və Xocavənddə yanğınların miqyası [yanğınlar sarı rəngdə göstərilib], iyunun 16-na olan məlumat Mənbə: Azərbaycan XİN-i
Ağdam və Xocavənddə yanğınların miqyası [yanğınlar sarı rəngdə göstərilib], iyunun 16-na olan məlumat Mənbə: Azərbaycan XİN-i

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə bu əməkdaşlığı mümkün hesab edir. Amma prezidentin katibliyinin keçmiş rəhbəri politoloq Eldar Namazov bunu real saymır. Cənab Namazov hesab edir ki, yanğınlarla bağlı monitorinq aparılmasını uzun müddətdən bəri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna həvalə etməkdə Azərbaycan rəsmiləri taktiki səhvlərə yol verdilər.


Eldar Namazov düşünür ki, Azərbaycan bu monitorinqi aparmağı Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq ekoloji təşkilatlardan xahiş etsəydi daha uyğun olardı. Onun qənaətincə, həmin qurumlardan bu məsələyə daha obyektiv münasibət gözləmək olardı. Halbuki ATƏT yanğınlarla bağlı hesabatını da Qarabağ münaqişəsində tərəflər arasında tutduğu neytral mövqeyə uyğunlaşdırılmış şəkildə hazırladı. Eldar Namazov bundan sonra Azərbaycanın yanğın məsələsində Ermənistanla əməkdaşlığı mümkün hesab etməsini reallaşa bilməyən təklif sayır.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da beynəlxalq təşkilatların təmsilçiliyi olmadan o belə bir əməkdaşlığın baş tutacağına inanmır.


Amma heç olmasa yanğınların nəticələrinin aradan qaldırılmasında Azərbaycanla Ermənistanın əməkdaşlığını mümkün hesab edənlər də var.


Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli düşünür ki, bunu birgə əməkdaşlıq yox, beynəlxalq təşkilatların dəstəyilə ekoloji fəlakətin qarşısının alınmasında müştərək bir addım kimi qiymətləndirmək olar. Onun fikrincə, bu həm işğal altında olan ərazilərdə baş verən yanğınların qarşısını alınmasına, həm də yanğınları hansı tərəfin törətdiyinə aydınlıq gətirə bilər.


Xarici İşlər Nazirliyində bu sahədə əməkdaşlığın mümkünlüyündən danışılsa da konkret detallar barədə hələ ki heç bir şey deyilmir.


Nazirliyin mətbuat xidmətinin əməkdaşı Mətin Mirzənin fikrincə, ATƏT nümayəndələrinin vasitəçiliyi ilə yəqin ki, tərəflər arasında yanğınların törədilməməsi barədə razılıq əldə oluna bilər.


Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimlinin fikrincə isə beynəlxalq təşkilatların vasitəçiliyilə baş tuta biləcək bu görüşlərdə tərəflər gələcəkdə yanğınların qarşısının alınması istiqamətində müəyyən tədbirlər görə, həm də yanğınların nəticələrinin aradan qaldırılmasında, onun səbəblərini aydınlaşdırmasında müəyyən öhdəliklər götürə bilərlər.


Onu da xatırladaq ki, belə bir təkliflə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış edib. Belə bir əməkdaşlığa nə vaxt başlanacağı məlum olmasa da hər halda Azərbaycan Xarici İşlər Nazirliyi irəli sürülən bu təklifə razıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG