Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

Mətyu Brayza Parisdə həmkarları ilə müzakirələr aparacağını deyir


Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza, 23 may 2006

Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza, 23 may 2006

Avqustun 1-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza Bakıya gəlib. O, Azərbaycan prezidenti İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla görüşüb. Görüşdən sonra cənab Brayza jurnalistlərə bildirib ki, məqsəd prezident və Xarici İşlər nazirinin münaqişəyə dair mövqelərini öyrənmək olub.


«Mən sabah Parisə gedəcəyəm. Orada Minsk Qrupunun digər həmsədrləri ilə müzakirələr aparacağam», - deyə amerikalı həmsədr vurğulayıb.


Mətyu Brayza iyulun 29-da Ermənistanda, sonra isə Dağlıq Qarabağda olub.


Bu, cənab Brayzanın həmsədr kimi regiona ilk səfəridir.


Günün bütün mövzuları

XS
SM
MD
LG