Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:06

“Ayna”: “Rəsul Quliyevin vahid namizəd ideyası”


“Yeni Azərbaycan” qəzetindəki “Hökumət mənzilə ehtiyacı olan gənc ailələrə güzəşt etmək niyyətindədir” başlıqlı məqalədə bildirilir ki, Milli Bank Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunmuş əhaliyə ipoteka kreditlərinin verilməsi qaydalarının yeni variantını bəyənib. Bank layihənin son variantını nəzərdən keçirdikdən sonra Nazirlər Kabinetinə təqdim edib. Bugünlərdə isə sənəd hökumət tərəfindən dövlət başçısına təqdim olunacaq. İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədovun dediyinə görə, Gənclər və İdman Nazirliyinin təklif etdiyi mexanizmlər ümumilikdə əhalinin aztəminatlı hissəsi üçün nəzərdə tutulub və kreditlərin verilməsi, eyni zamanda ödənişi ilə əlaqədar yükün sadələşdirilməsinə xidmət edir.


“Ayna” qəzetindəki “Rəsul Quliyevin vahid namizəd ideyası” başlıqlı məqalədə bildirilir ki, siyasi səhnədə ADP sədrinin yaxın adamı kimi tanınan Aydın Quliyev yeni təkliflə çıxış edib. Sabiq ADP-çinin sözlərinə görə, Rəsul Quliyevin müəllifi olduğu və özünün də formalaşdırmağa başladığı, payız aylarında cəmiyyətə elan olunacaq Beynəlxalq Demokratik Hərəkat adlı qurum müxalifətin vahid namizədinin müəyyənləşməsi yolunda ən uğurlu formatdır. Onun proqnozlarına görə, “Azadlıq”, “Yeni Siyasət” blokları, AMİP və Müsavat Partiyası kimi iddialılar bir hərəkatda birləşmədən vahid namizədi müəyyənləşdirə bilməyəcəklər.


“Bakı-Xəbər” qəzetinin əməkdaşı iddia edir ki, son vaxtlar Azərbaycanda özəl banklar nağd pul çatışmazlığı problemi ilə üzləşiblər. Banklar, əsas etibarilə, 10, 20 və 50 manatlıq əskinasların çatışmamasından şikayətlənirlər. Məsələ ilə bağlı Milli Banka bir neçə dəfə müraciət ünvanlansa da, problem hələ də öz həllini tapmayıb. Ekspertlərin böyük əksəriyyəti bunu Milli Bank rəhbərliyinin inflyasiyanın səviyyəsinin yüksələcəyindən ehtiyat etdiyi üçün bilərəkdən atdığı addım kimi qiymətləndirir.


“Şərq” qəzetinin əməkdaşı yazır ki, bə­zi əla­mət­lər Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­si­nin da­la­na di­rən­di­yi­ni dü­şün­mə­yə ta­ma­mi­lə əsas ve­rir. Bu ba­xım­dan, ya­xın vaxt­lar­da sö­zü­ge­dən prob­le­min həl­lin­də han­sı­sa cid­di irə­li­lə­yiş­lə­rin baş ve­rə bi­lə­cə­yi o qə­dər də inan­dı­rı­cı gö­rün­mür. Müəllif bildirir ki, ha­zır­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­sin­də da­ha bir önəm­li mər­hə­lə­nin ar­tıq so­na çat­dı­ğı açıq-aş­kar nə­zə­rə çarp­maq­da­dır. Hal­bu­ki bu mər­hə­lə də prob­le­min həl­li­nə elə bir əhə­miy­yət­li im­kan­lar qa­zan­dır­ma­dı. Çün­ki mü­na­qi­şə tə­rəf­lə­ri öz əv­vəl­ki möv­qe­lə­ri­nin qo­ru­nub sax­lan­ma­sı­na da­ha çox üs­tün­lük ver­di­lər. Ən azın­dan ona gö­rə ki, prob­le­min han­sı­sa for­ma­da həll edil­mə­si üçün qar­şı­du­ran tə­rəf­lə­rin ix­ti­ya­rın­da olan za­man in­ter­va­lı o qə­dər də ge­niş de­yil­di.


XS
SM
MD
LG