Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib


Prezident İlham Əliyev iyulun 31-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur sektorunun direktoru Peter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Azərbaycanda əhalinin ehtiyaclarını təmin edə biləcək möhkəm iqtisadi siyasət aparıldığını deyən cənab Əliyev bu siyasətin makroiqtisadi sabitliyi qoruyub saxlamaq gücünə malik olduğunu bildirib.


Dünya Bankı ilə aparılan müzakirələrin faydalı olduğunu vurğulayan dövlət başçısı Azərbaycanın bu bankla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.


Azərbaycanda iqtisadi sahədə əldə edilən uğurların Dünya Bankı tərəfindən böyük maraqla qarşılandığını bildirən qonaq keçən il ölkənin iqtisadi inkişaf baxımından dünyada liderlik etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində bu liderlik bundan sonra da qorunub saxlanılacaq.



XS
SM
MD
LG